“Biz özümüzü burada həqiqətəndə yalnız hiss edirdik”
“Fənərbaxça Ülkər” komandasının baş məşqçisi Ərtoğrul Ərdoğan “Anadolu Efes” komandası ilə oyunundan sonra mətbuata açıqlama verib.

İdman.com.az saytının məlumatına görə, açıqlama verən baş məşqçi meydanda özlərini yalnız hiss etdiklərini vurğulayıb.

“Fənərbaxça Ülkər”in son dövrdə yaxşı basketbol oynadığını vurğulayan sarı-göylü komandanın məşqçisi tərəfdarlarının komandaya daha çox dəstək olmasının lazım olduğunu diqqətə çatdırıb.

“Təəssüf ki, enişli-yoxuşlu bir matç oynadıq. Müəyyən periyotlarda isə həqiqətəndə çox istəmədiyimiz səhvlərə yol verdik. Bizim komanda daim mübarizə aparır və aparmağada davam edəcək! Salonun böyük hissəsi bu gün boş idi, bu da təxminən 12 min 500 nəfərlik yerinin boş qalması demək idi. Belə fikirləşirəm ki, belə bir yaxşı mübarizə aparan komanda dolu tribunalarda oynamalıdır. Bunu ilk dəfə olaraq dilə gətirmək istəyirəm. “Udsanda uduzsansa tərəfdarın səninlə”- deyə bir ifadə var. Biz özümüzü burada həqiqətəndə yalnız hiss edirdik. Biz bizi daim dəstəkləyən tərəfdarlarımızla hər zaman birlikdə olmaq istəyirik”! - deyə baş məşqçi açıqlamasında bildirib.



Aynurə

Xəbər 1333 dəfə oxundu.