Arda Turan: "Hər halda biz bir millət, iki dövlətik"
İspaniyanın "Atletiko" (Madrid) klubunun türkiyəli futbolçusu Arda Turan "Bakı" ilə yoldaşlıq oyunu öncəsi keçirilən mətbuat konfransında açıqlama verib.

Əvvəlcə o, ölkəmizdə yaxşı qarşılandığı üçün təşşəkürünü bildirib: "Burda olmaqdan çox şadam. Özümü ev sahibi kimi hiss edirəm. Türk-Azərbaycan mədəniyyətini dünyaya belə gözəl formada nümayiş etdirdiyinizə görə təşəkkür edirəm. Arda Turan "Atletiko"nun "Azərbaycan" yazısı olan forma ilə oynamasına da toxunub: "Bu, mənim üçün qürurvericidir. Bir türk olaraq bundan şərəf duyuram və çox xoşbəxtəm.

"Hər halda biz bir millət, iki dövlətik" - deyə o qeyd edib.


Xəbər 925 dəfə oxundu.