"Bakı" "Atletiko" ilə oyuna gənc futbolçuları çağırdı
"Bakı" klubu bu gün keçiriləcək "Atletiko" ilə oyuna gənc futbolçuları da çağırıb.

Baş məşqçi Novruz Əzimovun bu oyunda gənclərə şans veriləcəyi gözlənilir. Belə ki, "Bakı"nın futbolçuları Ülvi Süleymanov (1996-cı il), Mahir Mədətov (1997-ci il), Valeh Seyidov (1996-cı il) "Atletiko"ya qarşı çıxış edəcək. Bundan əlavə, bir neçə futbolçu da bu siyahıda yer alır.

Xəbər 802 dəfə oxundu.