Sami Xedira Ronaldo haqqında müsbət fikirlər səsləndirib
“Real”ın futbolçusu Sami Xedira komanda yoldaşı Kriştiano Ronaldo haqqında müsbət fikirlər səsləndirib.

Çempionlar Liqasında “Borussiya” ilə cavab matçı öncəsi açıqlamalar verən yarımmüdafiəçi ÇL-in finalını Ronaldonun komandaya qazandıra biləcəyini deyib: “Cavab qarşılaşmasında onun kimi əsas silahımız var. Hər kəs Ronaldonun “Real”ın səviyyəsini artırdığını görür. Onu bir matç pis oynadı deyə tənqid edə bilmərik. Ronaldo peşəkar hücumçudur. “Borussiya” ilə matçda ən çox onun vurduğu qollara ehtiyacımız var”.

Qeyd edək ki, “Real” – “Borussiya” cavab matçı bu gün saat 23:45-də baş tutacaq

Xəbər 962 dəfə oxundu.