Arda Turan Bakıdan danışdı
“Bakı çox gözəl şəhər olub. Mən cənab prezident Əliyevi buna görə təbrik edirəm”. Bu sözləri Madridin “Atletiko” klubunun türkiyəli futbolçusu Arda Turan Bakıda jurnalistlərə bildirib.

O, Azərbaycanın paytaxtı olmaqdan məmnunluq hissi keçirdiyini söyləyib: “Azərbaycan xalqına, bizi qonaq edənlərə təşəkkürümü bildirirəm”.

Sabah “Bakı”ya qarşı keçiriləcək yoxlama yoldaşlıq görüşü haqda danışarkən A.Turan bildirib ki, stadiona gələnlər Falkao, Xuan Fran dünya ulduzlarını canlı izləyəcəklər.

O, həmçinin “Atletiko”nun üzərində “Land of fire Azərbaijan” (Odlar yurdu Azərbaycan) sözləri yazılan formanı geyindiklərini deyib və bunda əməyi olan insanlara minnətdarlığını bildirib.

Xəbər 818 dəfə oxundu.