“Naxçıvan Kuboku” uğrunda beynəlxalq turnir keçiriləcək
4-5 mayda Naxçıvan Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş yunan-Roma güləşi üzrə gənclər arasında “Naxçıvan Kuboku” uğrunda ənənvi beynəlxalq turnir keçiriləcək. İdman.com.az saytı xəbər verir ki, komanda yarışında püşkə əsasən, mübarizə iştirakçıları 2 yarımqrupda rəqabət aparacaqlar.

Turnirdə Azərbaycan, Naxçıvan, Rusiya, Türkiyə, İran, Gürcüstan, Özbəkistan və Ukrayna komandaları iştirak edəcək. Turnirin proqramına əsasən, mayın 4-də qrup görüşləri, mayın 5-də isə final və 3-4-cü yerlər uğrunda görüşlər keçiriləcək. Turnirin rəsmi açılış mərasimi 4 may 2013-cü il, saat 10.00-da baş tutacaq.

İlk üç yeri tutan komandalar Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif olunacaq.

Xəbər 3479 dəfə oxundu.