Mart ayının ən yaxşı futbolçusu müəyyənləşib
Topaz Premyer Liqasında mart ayının ən yaxşı futbolçusu müəyyənləşib.

“Bakı” klubunun rumıniyalı hücumçusu Marius Pena jurnalistlər arasında keçirilən sorğunun qalibi olub. Marius bu gün saat 15:00-da Peşəkar Futbol Liqası (PFL) ilə Topazın “Four Seasons” otelində keçirdiyi tədbirdə mükafatlandırılacaq. Martda ən yaxşı qolun müəllifi olan AZAL-ın yarımmüdafiəçisi Cavid Tağıyevə də mükafat veriləcək.

Xəbər 836 dəfə oxundu.