Falkao: "Bakı" ilə oyun hər iki tərəf üçün faydalı olacaq
İspaniyanın “Atletiko” klubunun hücumçusu Falkao Azərbaycana səfərləri barədə fikirlərini açıqlayıb.

Futbolçu Azərbaycana gəlişi və matç barədə bunları deyib: “Bu, mənim Bakıya ilk səfərimdir. Səfərdən əvvəl Azərbaycan haqqında müəyyən informasiya toplamağa çalışmışam. Bilirəm ki, turizm ölkəsidir. Qonaqpərvərliyiniz haqqında çox eşitmişəm. Əminəm ki, səfərimiz ürəyimcə olacaq. Qarşılaşma yoldaşlıq xarakteri daşısa da, futbol oynamaq istəyirik. Əminəm ki, bu oyun həm bizim, həm də “Bakı” üçün faydalı olacaq.”

Xəbər 799 dəfə oxundu.