“Qalatasaray” istiqaməti İngiltərəyə yönəldib
Mövsümün əvvəlindən sol müdafiəçi axtaran “Qalatasaray” istiqaməti İngiltərəyə yönəldib. “Sarı-qırmızılar” “Mançester Siti”də top qovan Qael Kliçini hədəfə alıb.

Türkiyə mətbuatının verdiyi məlumatlarda futbolçunun meneceri ilə Lütfi Arıboğanın İstanbulda görüşdüyü, transfer üçün 13-14 milyon avro istənildiyi, lakin “cim-bom”un 9 milyon avro təklif etdiyi bildirilib.
28 yaşlı sol cinah müdafiəçisi “Arsenal”da 8 il forma geydikdən sonra Mançester klubuna transfer olmuşdu.

Xəbər 737 dəfə oxundu.