“Neftçi” çempionluğa bir addım da yaxınlaşdı
Bu gün Topaz Premyer Liqasında XXVIII tur başa çatıb. İdman.com.az saytı xəbər verir ki, ölkə çempionluğa iddialıların mübarizəsində “İnter” klubu lider “Neftçi”yə uduzmaqla, işini çətinə salıb. Maraqlıdır ki, bu rəqabətdə “bankçılar” hələ də bayraqdara qalib gələ bilmirlər. Onlar öncəki 3 matçda da meydanı məğlub tərk ediblər.

Uzun illərdir qızıl medalların həsrətini çəkən “Qarabağ” səfərdə “Qəbələ” komandasını üstələyərək, sona 4 görüş qalmış 2-ci pillədə yerini bir qədər möhkəmləndirib və çempion olmaq imkanını saxlayıb.

“Bakı” ilə “Simurq” isə 4-cü pillə uğrunda önəmli oyuna çıxıb. Bu yerin sahibinin ölkə kubokunun nəticəsindən asılı olaraq Avroliqaya getmək şansı qaldığından, matç böyük maraq kəsb edib. Gərgin mücadilədə sevinən tərəf “zolaqlılar” olub.

Daha 1 matç ikinci “altılığ”ın lideri AzAL ilə ölkə kubokunun finalçısı “Xəzər Lənkəran” arasında baş tutub. “Təyyarəçilər”in bütün gücünü kuboka qoyan rəqibini 2: hesabı ilə üstələyib.

Topaz Premyer Liqası. XXVIII tur
28 aprel

“Qəbələ” – “Qarabağ” - 0:2
Qol: Reynaldo Silva, 69; 76

“Bakı” – “Simurq” - 2:1
Qol: Cavid Hüseynov, 9, Rauf Əliyev, 77 - Marçin Burxardt, 81
12-ci dəqiqədə “Simurq”un futbolçusu Stepan Polyak penaltidən yararlana bilməyib (dirək)

“Neftçi” – “İnter” - 2:0
Qol: Nikolas Kanales, 51; 70 (pen)
Qırmızı vərəqə: İbrahima Niasse, 70

AzAL – “Xəzər Lənkəran” - 2:0
Qol: Viktor İqbekoi, 24, Cavid Tağıyev, 64
Qırmızı vərəqə: Elnur Allahverdiyev, 45



Xəbər 946 dəfə oxundu.