“Qaraçala” final mərhələsində
UEFA Regionlar Kuboku turnirinin seçmə mərhələsində “Qaraçala” klubu sonuncu oyununu keçirib. İdman.com.az saytı xəbər verir ki, Serbiyanın “Belqrad” komandası ilə qarşılaşan təmsilçimiz, rəqibinə 2:1 hesabı ilə qalib gəlib.

Beləliklə, qrupda keçirdiyi bütün oyunları qələbə ilə başa vuran “Qaraçala” final mərhələsinə vəsiqə qazanıb.
Turnirin final mərhələsi iyunun 22-dən 29-dək İtaliyanın Veneto şəhərində təşkil olunacaq.

Xəbər 834 dəfə oxundu.