UEFA-nın 37-ci Konqresi mayın 24-də keçiriləcək
UEFA-nın 37-ci Konqresi mayın 24-də keçiriləcək. Tədbirə İngiltərənin paytaxtı London ev sahibliyi edəcək.
Qurumun rəsmi saytının yaydığı xəbərdə bildirilir ki, 53 UEFA üzvü ölkədən nümayəndələrin qatılacağı Konqres Londondakı «Grosvenor House» otelində baş tutatacq. UEFA prezidenti Mişel Platini və baş katib Gianni İnfantinonun rəhbərliyi altında keçiriləcək tədbirdən sonra mətbuat konfransı təşkil olunacaq.

Konqresdə əsas gündəm maddələri prezident və İcraiyyə Komitəsinin 2011-2012-ci illər üçün hesabatları, komitələrin hesabatları, maliyyə hesabatı dinləniləcək və 2013-2-14-cü illər üçün büdcələr təsdiqlənəcək. Həmçinin, futbolda irqçiliyin qarşısının alınması ilə bağlı təkliflər müzakirə olunacaq.

İcraiyyə Komitəsinin üzvlərinin seçiləycəyi Konqresdə Cəbəlüttariq Futbol Federasiyasının UEFA-ya üzvlüyü ilə bağlı müraciəti müzakirə olunacaq.

Xəbər 916 dəfə oxundu.