«Xəzər Lənkəran»da iki itki
Azərbaycan Kubokunun yarımfinal mərhələsində “Bakı» zəfəri ilə finala adlayan «Xəzər Lənkəran» dünən keçirilən bərpa məşqindən sonra bu gün səhər saatlarında AZAL-la keçiriləcək matçın hazırlığına start verib. Lənkərandakı bazanın ehtiyat meydançasında baş tutan məşqdə futbolçular Con Toşakın rəhbərliyi altında saat yarım məşq edib.

Hazırda komandanın heyətində braziliyalı müdafiəçi Vanderson Skarduellinin zədəsi məşqçilər korpusunu narahat edən yeganə məqamdı. «Bakı» ilə cavab qarşılaşmasında zədələnən müdafiəçiyə «sağ ayaq pəncəsinin qapalı sınığı» diaqnozu qoyulub. Digər itki isə hücumçu Dimitrios Sialmasla bağlıdı. 27-cı turda «Sumqayıt»la qarşılaşmanın son dəqiqələrində qırmızı vərəqə alan forvard AZAL-la qarşılaşmada komandaya kömək edə bilməyəcək.

Bu gün günorta saatlarında «Xəzər Lənkəran» doğma şəhərdəki hazırlığını başa çatdıraraq Bakıya yola düşüb. Komanda axşam məskunlaşacağı oteldə istirahət edəcək və sabah oyun öncəsi son məşqinə çıxacaq.

Xəbər 787 dəfə oxundu.