“İqtisadçı” komandası növbəti mövsüm üçün yeni heyət qurur
Bakının qadınlardan ibarət “İqtisadçı” voleybol komandası növbəti mövsüm üçün yeni heyət qurur.

Azərbaycan Super Liqa yarışlarında gümüş medal uğrunda mübarizə aparan universitet komandası 2013/2014-cü il mövsümü üçün artıq ilk transferini rəsmiləşdirilib.

Klub rəhbərliyi avstraliyalı Reyçel Rurkun keçidini həll etmiş və onunla 1 illik müqavilə bağlanıb. Hücumçu son iki ili Polşanın “Atom” komandasında keçirmişdir. O, “Atom”la ölkə çempionatında qızıl və gümüş medallara sahib olub.

Xəbər 1439 dəfə oxundu.