U-16 Liqasında 20-ci turun oyunları keçirilib
U-16 Liqasında 20-ci turun oyunları keçirilib.

"İnter" "Şəfa" stadionun 4-cü meydançasında "Xəzər-Lənkəran" komandasıyla qarşılaşıb. Görüş 1:2 hesabıyla qonaqların xeyrinə başa çatıb. Komandanın heyətində Amil Atakişiyev fərqlənib.

Qeyd edək ki, 20 turdan sonra Vəli Hüseynovun yetirmələrinin aktivində 37 xal var və bu nəticəylə komandamız turnir cədvəlində 3-cü yeri tutur. “İnter” növbəti turda doğma divarlar arasında "Vətən" RİOEUG klubuyla üz-üzə gələcək.

Xəbər 779 dəfə oxundu.