Ron Dennis səsvermədən məhrum edilib
"Maklare" nin uzunmüddətli rəhbəri Ron Dennis Direktorlar Şurasında səsvermədən məhrum edilib.

İdman.com.az saytının məlumatına görə, bu qərar Bəhreyn holdinqi Mumtalakat tərəfindən qəbul edilib. Beləliklə də o, artıq bundan sonra şirkətin səs hüququna malik olmayan sahiblərindən biri olub.

Qərarın qəbul edilməsində əsas məqsəd isə superkarların satış göstəricisinin zəif olması olub.

Qeyd edək ki, şirkət tərəfindən satışa buraxılan 3500 maşından yalnız yarısı satılıb. Bu da öz növbəsində şirkətə milyonlarla ziyan vurub.

Aynurə

Xəbər 867 dəfə oxundu.