Voleybol qaydalarına dəyişiklik edildi
Beynəlxalq Voleybol Federasiyası voleybol qaydalarına dəyişiklik edib.

İdman.com.az saytının məlumatına görə, Beynəlxalq Voleybol Federasiyasının İnzibati Şurasının iclasında qəbul edilən yeni qərarına əsasən, setdə mübarizə 25 xaladək deyil, çimərlik voleybolunda olduğu kimi 21 xaladək davam edəcək. Həmçinin, set ərzində 2 texniki fasilə (8-ci və 16-cı xallar qazanıldıqdan sonra) əvəzinə artıq biri (12-ci xal qazanıldıqdan sonra) olacaq. Bu, pilot layihə kimi Avropa Voleybol Konfederasiyasına tapşırılıb. Yeni qaydalar bu ilin iyununda Avropa Liqasında tətbiq ediləcək.

Xəbər 1106 dəfə oxundu.