Xorxe Xesus: "Tam olaraq hazır deyildik"
Hesab çox dap is deyil. Çünki növbədə ikinci matç var. İkinci qarşılaşma üçün ümidimiz var. Çox yorucu bir “Sportinq” matçından çıxmışdıq.

Bu sözləri Avropa Liqasının yarımfinalında “Fənərbaxça”ya 0:1 hesabı ilə məğlub olan “Benfika”nın baş məşqçisi Xorxe Xesus deyib. Bu oyunda tam hazır olmadıqlarını deyən təsrübəli çalışdırıcı fikrini belə izah edib:

Tam olaraq hazır deyildik. Lissabonda hər şey fərqli olacaq. Yarımfinala çıxandan sonar zəif komanda olmur. “Fənərbaxça”nın yaxşı oyunu mənim üçün srüpriz olmadı. “Fənərbaxça”nın epizodları çox oldu, ancaq burada belə oldu. Lissabonda daha fərqli olacaq.

Xəbər 973 dəfə oxundu.