Xəzər rayonunda yarış keçirilib
Aprelin 24-25-də Şağan Olimpiya İdman Kompleksində Xəzər rayon Gənclər və İdman İdarəsinin və İcra hakimiyyətinin birgə dəstəyi ilə bədən tərbiyəsi və idmanın daha da geniş təbliğ edilməsi, gənclərin sağlamlığının möhkəmləndirilməsi, sağlam həyat tərzinin formalaşdırılması, rayonda kütləvi sağlamlıq, bədən tərbiyəsi və idman tədbirləri ənənələrini qorunub saxlanılması və inkişaf etdirilməsi, istedadlı idmançıların aşkar edilməsi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyini rayonda yüksək səviyyədə qeyd etmək məqsədilə idarə, müəssisə, təşkilatlar və bədən tərbiyəsi kollektivləri arasında yunan– roma güləşi üzrə yarış keçirilib.

1 yaş qrupunda 10 çəki dərəcəsində keçirilən yarışda ümumilikdə 150 nəfər idmançı iştirak edib.

Xəbər 819 dəfə oxundu.