Astarada gənclərlə görüş keçirilib
Aprelin 25-də Astara rayon Gənclər və İdman İdarəsində ümummilli lider H.Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş “H.Əliyev və Azərbaycan gəncliyi” mövzusunda gənclərlə görüş keçirilib. Tədbirdə APK-nin tələbələri, təhsil müəssisələrinin şagirdləri, idmançılar, RTDM-nin əməkdaşı, RGİİ və RİH-nin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə Astara RGİİ-nin rəisi Ərçə Əliyev açıq elan edib. Sonra Astara RGİİ-nin rəis müavini İ.Cəfərov “H.Əliyev və Azərbaycan” mövzusunda məruzə ilə çıxış edib. APK-nin III kurs tələbəsi, Tələbə Gənclər Təşkilatının sədri Abbas İbrahimli, Rayon Tarix Diyarşünaslıq Muzeyinin direktoru Gülzar İsmayılova, APK-nin II kurs tələbələri Əfruzadə Eiza və Bədəlova Türkanə, RİH-nin ictimai siyasi və hümanitar məsələlər şöbəsinin baş məsləhətçisi Mais Həmidov və Mərasim Hacızadə çıxış ediblər.

Məruzə və çıxış edənlər ümummilli lider H.Əliyevin dövlətçilər siyasətində gənclərə xüsusi qayğı və diqqətini qeyd ediblər.

Sonda tədbir iştirakçıları Rayon Tarix Diyarşünaslıq Muzeyində H.Əliyev güşəsinə və digər eksponatlara baxış keçiriblər.

Xəbər 965 dəfə oxundu.