Xəzər rayonunda mini-futbol növü üzrə rayon birinciliyi
Aprelin 25-də Xəzər rayon Gənclər və İdman idarəsinin dəstyi ilə rayon məktəbliləri arasında bədən tərbiyəsi və idmanı daha da geniş təbliğ etmək, məktəblilərin fiziki cəhətdən inkişafını, sağlamlıqlarının qorunmasını onların bədən tərbiyəsi və idmanla fəal məşğul olmalarını təmin etmək, istedadlı yeniyetmə və gəncləri aşkar etmək məqsədilə oğlanlar arasında ХХV Spartakiadanın mini-futbol növü üzrə rayon birinciliyi keçirilib.

Yekun nəticələrə görə, birinciyə 117, ikinciyə 181, üçüncü yerə 216 saylı orta məktəbin komandaları layiq görülüblər.

237 saylı tam orta məktəbin idman bazasında 5 məktəb 60 nəfər idmançının iştirakı ilə keçirilən yarışın qalibləri Xəzər rayon Gənclər və İdman idarəsi tərəfindən diplomlar və xatirə hədiyyələri ilə təltif olunublar.

Xəbər 825 dəfə oxundu.