Emmanuel Emenike bəraət qazanıb
Türkiyədə oyun alqı-satqısında mühakimə olunan Emmanuel Emenike bəraət qazanıb.

“Fənərbaxça”nın 2010-2011-ci illər mövsümün sonunda “Karabükspor”dan transfer etdiyi Emmanuel Emenikenin adı oyun alverində hallanıb. Hazırda Moskva “Spartak”ında çıxış edən afrikalı futbolçu oyun alqı-satqısında şübhəli bilinərək nəzarətə alınıb. Sərbəst buraxıldıqdan sonra isə o, “Fənərbaxça”dan “Spartak”a keçib. Amma məsələ ilə bağlı araşdırmalar davam edib. Son qərara əsasən istanbuluların sabiq oyunçusu məhkəmədən bəraət qazanıb. Bunu futbolçunun vəkili Rezan Epözdemir də təsdiqləyib:

“Hakim futbolçu üçün cəza tələb etmişdi. Biz də müdafiəmizi etdik. Məhkəmə bunu haqlı hesab etdi və oyunçuya bəraət verdi”.

Xəbər 867 dəfə oxundu.