Qızlar arasında basketbol yarışı başa çatıb
Bakı şəhərinin məktəbliləri arasında keçirilən XXV spartakiadanın proqramına daxil olan basketbol növü üzrə yarış sona çatıb.

Paytaxtdakı 164 nömrəli tam orta məktəbin zalında 14-15yaşlı qızlar arasında keçirilən yarışda Nərimanov rayonunun komandası birinci yeri tutub.

İkinci və üçüncü yerlərə isə Xətai və Yasamal rayonunun komandaları çıxıb.

Xəbər 1141 dəfə oxundu.