Şok iddia! Mourinyo “Çelsi” ilə anlaşdı
Mario Götzenin “Bavariya”ya transferini hər kəsdən əvvəl xəbər verən “Bild” qəzeti yeni bir iddia irəli sürüb. Qəzet Joze Mourinyonun “Çelsi” ilə anlaşdığını bildirib.

Xəbərdə “Atletiko”da forma geyən Radamel Falkaonun da portuqaliyalı mütəxəssislə İngiltərəyə gedəcəyi bildirilib.

Mövsüm bitdikdən sonra “Real”dan ayrılacağı gözlənilən Mourinyoyla “Mançester Siti”, “İnter”, “Mançester Yunayted” və PSJ-nin maraqlandığı açıqlanıb.

Xəbər 814 dəfə oxundu.