Robert Levandovski: “Önəmli olan qalib gəlmək idi"
Çempionlar Liqasının yarımfinal mərhələsində “Borussia” evdə “Real”ı 4:1 hesabı ilə darmadağın edib.

Dortmund təmsilçisinin 4 qolunun yeganə ifaçısı olan Robert Levandovski oyun barədə bu sözləri deyib:

“Dörd qol birdən vurduğum üçün çox xoşbəxtəm. Amma önəmli olan qalib gəlmək idi. Bizim üçün əsas hədəf "Uemblidəki finala vəsiqə qazanmaqdı. Bu yolda mühüm addım atdıq”.

Xəbər 920 dəfə oxundu.