Salyan mini futbol üzrə rayon turniri keçirilib
Aprelin 23-də Salyan Olimpiya İdman Kompleksində Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olubmuş idarə, müəssisə və təşkilatlar arasında mini futbol üzrə rayon turniri keçirilib.

Turnirin keçirilməsində məqsəd ümummilli liderin xatirəsini əbədiləşdirmək olub.

Rayonun 12 idarə və müəssisəsinin komandasının qatıldığı turnirin ilk açılış oyunu YAP və AMİ-nin Salyan filialının komandaları arasında keçirilib.

Yarış 1-0 hesabı ilə YAP komandasının xeyrinə başa çatıb. Turnirin final oyunu 10 may tarixində keçiriləcək.

Xəbər 848 dəfə oxundu.