Abramoviçin Falkao sevgisi tükənmir
Roman Abramoviçin Radamel Falkaoya olan sevgisi bitib-tükənmək bilmir. «Çelsi»nin sabihi «Atletiko»nun kolumbiyalı ulduzu üçün böyük məbləğdən keçməyə hazırdı.

İngiltərə mətbutanın məlumatına görə, rus milyonçu İspaniya klubuna bu transfer üçün 46 milyon funt-sterlinq ödəməyə razılaşıb. Bundan başqa Falkaonun əvəzində Tibo Kurtua icarəyə verildiyi «Atletiko»da daha bir il forma geyinəcək.

Abramoviç Falkaonun özünə isə həftəlik 200 min funt-sterlinq maaş təklif edib.

Xəbər 793 dəfə oxundu.