Finalda “Şah oyun” olacaq
Bu gün Azərbaycan kubokunun yarımfinal mərhələsində cavab görüşləri oynanılıb. İdman.com.az saytı xəbər verir ki, matçlardan biri əyalətdə, digəri paytaxtda keçirilib. İlk olaraq mübarizə meydanına “Xəzər Lənkəran” və “Bakı” klubları atılıblar.

İlk görüşdə, evdə, çoxsaylı qol imkanları yaratmasına baxmayaraq, yalnız 1 dəfə fərqlənməyi bacaran “ağ-göylər”, eyni uğuru rəqib stadionda təkrarlaya bilməyiblər. Qarşılaşma “Xəzər Lənkəran”ın 2:0 qələbəsi ilə bitib və “gəmiqayıranlar” finala adlayıblar.

Paytaxtda keçirilmiş görüşdə “Qarabağ” və “Neftçi” komandaları üz-üzə gəliblər. Gərgin mübarizdə oyun heç-heçə bitib. İlk matçda “ağ-qaralar” 2:1 qalib gəldiyindən, həlledici mərhələyə onlar vəsiqə qazanıblar.

Azərbaycan kuboku. Yarımfinal
24 aprel, cavab görüşləri

“Qarabağ” – “Neftçi” - 2:2
Qol: Elvin Yunuszadə, 42; Nikolas Kanales, 77 - Riçard Almeyda, 41 (pen); Emeka Opara, 86
İlk oyun – 1:2

“Xəzər Lənkəran” – “Bakı” - 2:0
Qol: Ağabala Ramazanov, 45+1, Rahid Əmirquliyev, 81
İlk oyun – 0:1

Xəbər 804 dəfə oxundu.