Qazaxda mini futbol üzrə rayon birinciliyi keçirilib
Aprelin 14-24-də Qazax rayon Gənclər və İdman İdarəsi, rayon Təhsil şöbəsi və YAP Qazax rayon Ttəşkilatının birgə dəstəyi ilə H.Əliyevin 90 illik yubileyinə həsr olunmuş məktəblilər arasında mini futbol üzrə rayon turniri keçirilib.

Qazax şəhər stadionunun futbol meydançasında 8 komandanın iştirakı ilə keçirilən yarşda birinciyə M.Hüseyn adına məktəb-lisey, ikinciyə Qaymaqlı kənd,üçüncü yerə Aşağı Salahlı kənd orta məktəbin komandası layiq görülüblər.

Sonda qaliblər mükafat, diplom və kuboklarla təltif olunublar.

Xəbər 4906 dəfə oxundu.