“Sərhəd” hərbi idman oyununun Astara rayon turu
Aprelin 23-də Astara Sərhəd Komendantlığında Lənkəran sərhəd dəstəsi, Rayon təhsil .öbəsi və Rayon Gənclər və İdarəsi “sərhəd” hərbi idman oyunun Astara rayon turu keçirilib.

10 komanda 50 nəfər məktəbli, 10 nümayəndə, 5 nəfər hakimlər heyyətinin iştirakı ilə keçirilən yarış sıra hazırlığı, avtomatın sökülməsi və yığılması, yaralanmış sərhəd naryadı üzvünə ilkin tibbi yardımın göstərilməsi və onun təxliyyəsi, kəndirdartma, nəqliyyat vasitələrinə baxışın təşkili üzrə keçirilib.

Sonda birinciyə Səncərədi kəndi, ikinciyə Artupa kəndi, üçüncüyə şəhər 3saylı tam orta məktəbin komandaları layiq görülüblər.

Fəxri yerləri qazanan və mərhələlərdə fərqlənən komandalara RGİİ-nin fəxri fərmanlarına layiq görülüblər.

Rayon turunun qalibi Səncərədi kəndin tam orta məktəb komandası 2013-cü ilin mart ayında Lənkəran şəhərində keçiriləcək respublika zona turunda Astara rayonunu təmsil edəcək.

Xəbər 2040 dəfə oxundu.