Arsen Venger “Benfika”nı daha üstün sayıb
“Arsenal”ın baş məşqçisi Arsen Venger “Fənərbaxça”yla “Benfika”nı müqayisə edib. Fransız mütəxəssis “Benfika”nı daha üstün sayıb:

“Benfika” “Nyukasl”ı keçərək bu mərhələyə gəldi. Komandada özünə inam hissi var. “Fənərbaxça”da bu mərhələyə qədər gözəl nəticələr qazanıb. Xüsusilə, “Latsio” ilə qarşılaşmada gözəl oyun göstərdilər. Heç kimin diqqətini cəlb etmirlər, məncə kubokun gizli favoriti türklərdi. Amma nəzərə almaq lazımdı ki, “Benfika” tək bir matç belə uduzmayıb. Mən onları bir addım öndə görürəm”.

Xəbər 853 dəfə oxundu.