Foqts «Qarabağ» – «Neftçi» oyununa canlı baxacaq
Bir neçə gündü Bakıda olan milli komandanın baş məşqçisi Berti Foqts bu gün bir oyun izləyəcək. Alman mütəxəssis ölkə kubokunun 1/2 final mərhələsinin «Qarabağ» – «Neftçi» oyununa canlı baxacaq.

Qeyd edək ki, «Qarabağ» – «Neftçi» oyunu bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 17.00-da başlayacaq.

Xəbər 899 dəfə oxundu.