“Qalatasaray MP” rəqib komandanı məğlub edib
Beko Basketbol Liqasında “Qalatasaray Medical Park” klubu səfərdə “Royal Halı Qaziantep Böyükşəhər Bələdiyyəsi” klubu ilə qarşılaşıb.

İdman.com.az saytının məlumatına görə, qarşılaşmada “Qalatasaray MP” rəqib komandanı sonda 67-92 hesabı ilə məğlub edib.

Xatırladaq ki, bu oyunda “sarı - qırmızılılar” çox yaxşı hesab üstünlüyü əldə ediblər. Rəqib komandaya imkan verməyən “sarı - qırmızılılar” ilk mərhələdə 24-16, ikinci 43-32, üçüncü 64-45 hesabı ilə liderliklərini qoruya biliblər.

Aynurə

Xəbər 1021 dəfə oxundu.