Perez Ronaldonun komandada qalacağına inanır | |
“Real Madrid” in başçısı Florentino Perez Kriştiano Ronaldonun komandada qalacağına inandığını söyləyib. İdman.com.az saytının məlumatına görə, Perez lazım gələrsə, Ronaldo ilə müqaviləsini daha da yaxşılaşdıracağını bildirib: “Ronaldonun “Real Madrid” də çox böyük gələcəyi olduğuna inanıram. Hal-hazırda Kriştiano ilə aramızda heç bir problem yoxdur. Lazım olsa müqavilə şərtlərini yaxşılaşdırmaq üçün pul da tapa bilərik" . Qeyd edək ki, iyun ayında yenidən “Real Madrid”in başçısı seçilməsi gözlənilən Florentino Perez seçildiyi təqdirdə bu addımı atacağını ifadə edib. Aynurə |
|
Xəbər 788 dəfə oxundu. |
|
|