Arda Turan daha iki həftə meydana çıxa bilməyəcək
“Atletiko”da forma geyən Arda Turan daha iki həftə meydana çıxa bilməyəcək. Buna səbəb futbolçunun “Valensiya” ilə qarşılaşmada zədələnməsidi.

Müayinə edildikdən sonra futbolçuda ciddi problem olduğu ortaya çıxıb. Bu səbəblə də Ardanın müalicəsi 15 gün daha artırılıb.

Qeyd edək ki, türkiyəli futbolçu “Valensiya” ilə qarşılaşma zamanı biləyindən zədə almışdı.

Xəbər 791 dəfə oxundu.