Alba oyunu buraxmalı olacaq
Çempionlar liqasının yarımfinalında "Bavariya" ilə cavab matçında "Barselona"nın oyunçusu Alba oyunu buraxmalı olacaq.

İdman.com.az saytı xəbər verir ki, futbolçunun ilk matçda sarı vərəqə limiti artıq dolub. Bununla da idmançı avtomatik olaraq Çempionlar liqasının növbəti oyununda iştirak etmək hüququnu itirir.

Xatırladaq ki, Albanın sarı vərəqə almağına səbəb oyunun son dəqiqələrində topu rəqibin sifətinə atması olub.

Aynurə

Xəbər 784 dəfə oxundu.