XXVIII turun 3 oyunu canlı yayımda
Premyer Liqanın XXVIII turunun üç oyunu canlı yayımlanacaq. «İdman Azərbaycan» və Az.TV kanalları yalnız ilk «altılığ»ın oyunlarını efirə verəcək.

«İdman Azərbaycan» bazar günü saat 16.00-a «Qəbələ» – «Qarabağ», iki saat sonra «Neftçi» – «İnter» oyunlarını canlı yayımlacaq. Az.TV isə 16.00-da «Bakı» – «Simurq» oyununu azarkeşlərə təqdim edəcək.

Xəbər 804 dəfə oxundu.