«Qarabağ» daha bir itki ilə üzləşib
«Qarabağ» daha bir itki ilə üzləşib. Ağdam klubunun ikinci alman müdafiəçisi Admir Teli sıradan çıxıb.

«Bakı» ilə oyunun start heyətində yer alan və 58-ci dəqiqədə Emeka Opara tərəfindən əvəzlənən Teli zədədən əziyyət çəkir. Onun sabah «Neftçi»yə qarşı oynamayacağı gözlənilir.

Qeyd edək ki, «Qarabağ»da Branimir Subaşiç və Ansi Aqolli də zədəlidi. Onlar «Neftçi»yə qarşı oynamayacaq.

Xəbər 797 dəfə oxundu.