"Fənərbaxça" - "Benfika" oyununun hakimləri
UEFA Türkiyənin Avroliqa turnirində və avrokuboklarda yeganə təmsilçisi “Fənərbaxça”nın “Benfika” ilə keçirəcəyi ilk oyunun hakimlərini açıqlayıb.

“Şükrü Saracoğlu” stadionunda baş tutacaq ilk görüşü Serbiyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Milorad Maziç olacaq. Ona Milovan Ristiç və İqor Radojiç köməklik edəcək. Dördüncü referi Dalibor Djurdjeviç, əlavə köməkçi hakim isə Danilo Qrujiç və Miodraq Qoqiç olacaq.

Xəbər 771 dəfə oxundu.