Ağsuda rayon birinciliyi keçirilib
Aprelin 21-22-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 90- cı ildönümü münasibətilə voleybol idman növü üzrə rayon birinciliyi keçirilib.

Şəhər 1 saylı məktəb liseydə 54 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünü qeyd etmək və rayonumuzda voleybol idman növünün inkişafına nail olmaq, güclü voleybolçu gəncləri aşkar etmək olub.

Yekun nəticələrə görə birinciyə Pishəsənli, ikinciyə şəhər 1 saylı məktəb lisey, üçüncü yerə 2 saylı tam orta məktəbin komandası layiq görülüblər.

Sonda qaliblə Gənclər və İdman idarəsi tərəfindən diplom və hədiyyələrlə təltif olunublar.

Xəbər 851 dəfə oxundu.