“Forbes” oyunçuların siyahısını hazırlayıb
“Forbes” 2012-ci ildə ən yüksək ödənişli oyunçuların siyahısını hazırlayıb.

İdman.com.az saytının məlumatına görə, ilk üçlükdə Devid Bekhem (PSJ), Kriştiano Ronaldo (“Real”), Lionel Messi (“Barselona”) kimi tanınmış oyunçuların adları yer tutur.

Qeyd edək ki, bu siyahı futbolçuların sadəcə əmək haqqısı yox, həm də reklam gəlirlərindən əldə etdiyi milyon dollarlıq məbləğə görə də hesablanıb.

Xəbər 676 dəfə oxundu.