Platterə xakkerlər tərəfindən hücum
Platterin “Tvitter” sosial şəbəkəsindəki şəxsi profilə xakerlər tərəfindən ələ keçirilib və həmin səhifədə istefa ilə bağlı məlumatlar yerləşdirilib.

Belə ki, FİFA prezidentinin adından bu cür məlumatlar yazılıb:

“Nə olsun ki, Qətər Əmirlərindən pul aldıysam. Qətər Əmiri tanıdığım ən cömərd insanlardan biridir. Rüşvət aldığım üçün peşman deyiləm. Nə etdimsə, FİFA üçün etdim. Mənim yerimə keçəcək növbəti prezidentin İordaniya Prənsi Əli Bin Əl Hüseynnin olmasını təklif edirəm. Hətta 2030 Dünya Kubokunun təşkilatçılığı da İordaniyaya verilməsini istəyirəm".


Qeyd edək ki, 2020 Dünya kubokunun keçirilməsinin Qətərə verilməsindən sonra FİFA-nın rüşvət alaraq bu addımı atdığı xəbərləri yayılıb.

Xəbər 845 dəfə oxundu.