Qusar hokkeyçiləri liderliyi qoruyurlar
Həftəsonu otüstü hokkey üzrə qadınlar arasında Azərbaycan çempionatında növbəti turun oyunları keçirilib. İdman.com.az saytı xəbər verir ki, əzəli rəqiblərin - “Atasport-2” və “Bakı” komandalarının bu mövsümdəki ilk görüşü gərgin mübarizə şəraitində keçib və ölkə çempionu “Bakı” minimal hesablı qələbə qazanıb - 2:1.

“Samur”(Qusar) “Sumqayıt” görüşündə Qusar hokkeyçiləri bu dəfə də böyük hesablı qələbəyə seviniblər - 8:0. Bu qələbədən sonra qusarlı qızlar 12 xal toplayaraq yarış cədvəlindəki liderlik mövqelərini qoruyub saxlaya biliblər.

“Bakı” 9 xalla 2-ci yeri tutur və təxirə salınan 2 oyunu da qalır. Ölkə çempionatının gümüş mükafatçısı “Atasport-2” 4 görüşdən 3 xalla 3-cü pillədədi. Sumqayıt hokkeyçiləri keçirdikləri bütün oyunlarda məğlub olaraq 1 xal belə toplaya bilməyiblər.

Xəbər 1174 dəfə oxundu.