Türkiyə Güləş Federasiyasının rəsmiləri AGF-in qonağı olub
Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda yeniyetmə və gənclər arasında sərbəst və yunan-Roma güləşi üzrə ənənəvi beynəlxalq turnir başa çatıb.

İdman.com.az saytı awf-az.org-a istinadən xəbər verir ki, Türkiyə milli komandasının rəhbərləri Ənsar Qurd və Numan Ərgin, həmçinin turnirin qızıl medalını qazanan Yusuf Can Zəybəy (96 kq) və bürünc medal sahibi Yunus Əmrə Dədə (120 kq) yola düşməzdən əvvəl Azərbaycan Güləş Federasiyasının qonağı olub.

Baş katib Əjdər Cəfərov və AGF kollektivi ilə görüşən qonaqlara federasiyanın fəaliyyəti və əldə olunan nailiyyətlər barədə geniş məlumat verilib.

AGF kollektivini ziyarətdən məmnunluqlarını ifadə edən qonaqlar Bakıdan xoş təəssüratla ayrıldıqlarını bildiriblər.

Xəbər 1927 dəfə oxundu.