“Fənərbaxça” futbolçuları arasında dava düşüb
“Fənərbaxça” futbolçuları arasında dava düşüb.

“Gənclərbirliyi” ilə oyunda meydandan 2:0 məğlub ayrılan və çempionluq yolunda ağır zərbə alan "Fənərbaxça" futbolçuları əsəblərini cilovlaya bilməyib. Belə ki, paltardəyişmə otağına gedərkən Mussa Sou və Raul Meyreleş arasında mübahisə yaranıb. Sou Meyreleşə “niyə ötürmə vermirsən? ancaq özün oynayırsan” dedikdən sonra portuqaliyalı oyunçu ona sərt cavab verib və futbolçular arasında dava düşüb. Texniki heyət hadisənin böyüməsinin qarşısını alıb və oyunçuları sakitləşdirib.

Xəbər 869 dəfə oxundu.