Florentino Peres Mourinyonu saxlamaq niyyətindədir
Madrid “Real”ının prezidenti Florentino Peres baş məşqçi Joze Mourinyonu saxlamaq niyyətindədir. Peres bunun üçün mövsümün sonunda gedəcəyi bildirilən portuqaliyalı mütəxəssislə münaqişədə olan qapıçı İker Kasilyas və müdafiəçi Serxio Ramosu transferə çıxarmaq istəyir.

Xatırladaq ki, Mourinyonun “Real”la müqaviləsi 2016-cı ildə bitəcək.

Xəbər 801 dəfə oxundu.