Ənənəvi beynəlxalq turnir davam edir
Ə“Sərhədçi” İdman Olimpiya Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının (AGF) Kuboku uğrunda ənənəvi beynəlxalq turnir davam edir.

Yarışın ikinci günündə yunan-Roma güləşi üzrə gənc pəhləvanlar mübarizəyə qoşulublar.

Artıq üç çəki dərəcəsi üzrə yarımfinalçılar müəyyənləşmişdir. Belə ki, 50 kiloqram çəki dərəcəsində Ramiz Məmmədov gürcüstanlı İrakli Şavadze ilə, Əli Məmmədov türkiyəli Yasin Garadaşlı ilə, 55 kiloqram çəki dərəcəsində Murad Məmmədov Elnur Həsənovla, Sakit Quliyev türkiyəli Şerif Kılınçla, 60 kiloqram çəki dərəcəsində qazaxıstanlı Ahmet İsbaxanov rusiyalı Sergey Emelinlə, Hüseyn Abbasov Elman Muxtarovla qarşılaşacaqlar.

Qeyd edək ki, turnirdə Azərbaycan pəhləvanları ilə yanaşı, Rusiya, Türkiyə, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Tacikistan, Almaniya, Ukrayna və Qırğızıstan güləşçiləri də iştirak edirlər.

Xəbər 477 dəfə oxundu.