Falkao xəbərləri təkzib edib
“Atletiko Madrid”in ulduzu Radamel Falkao gələcək mövsüm Mançester Yunayted forması geyəcəyi xəbərlərini təkzib edib.

İdman.com.az saytının məlumatına görə, kolumbiyalı futbolçu bu xəbərləri təkzib edərək bildirib: “ Bu xəbərlərin harada gəldiyini bilmirəm. Heç bir klubla görüşməmişəm. Bunlar dedi-qodudan başqa bir şey deyil. Mənim Atletiko ilə hələ 3 illik müqaviləm var. Burada çox xoşbəxtəm və transfer olmaq fikrimdə yoxdur”.

Qeyd edək ki, Falkao ilə Çelsi, Mançester Siti və Real Madrid də maraqlanır.

Xəbər 965 dəfə oxundu.