"İnter" baş məşqçisi ilə yollarını ayırır
Milanın “İnter” klubu mövsümün sonu baş məşqçisini dəyişməyə hazırlaşır.

Buna səbəb Andrea Stramaççoninin rəhbərliyi altında “İnter”in cari mövsümdəki uğursuz nəticələridir.

“İnter” ölkə çempionatının son beş oyununun yalnız birində qələbə qazanıb, İtaliya kuboku və Avropa Liqasında isə mübarizəni vaxtından əvvəl dayandırıb.

İtaliya mətbuatının yazdığına görə “İnter”in prezidenti Massimo Moratti yeni mövsümdə komandaya 65 yaşlı çexiyalı məşqçi, son iş yeri “Roma” olan Zdenek Zemanı gətirmək fikrindədir.

Xəbər 755 dəfə oxundu.