Burak Yılmaz üçün artıq rəsmi təkliflər gəlib
“Qalatasaray”ın vuran ayağı Burak Yılmaz üçün artıq rəsmi təkliflər gəlib. “Atletiko” və “Roma” İstanbul təmsilçisinə xəbər göndərib və transfer qiyməti üçün müraciət edib.

Klub prezidenti Ünal Aysal daha əvvəl verdiyi açıqlamada Burakın transfer qiymətinin 20 milyon avro olduğunu bildirmişdi.

Xəbər 768 dəfə oxundu.